TƏCİLİ! Rusiya müharibəni ŞİDDƏTLƏNDİRİR – Ukraynaya DƏHŞƏTLİ HÜCUM başlayırbackend

TƏCİLİ! Rusiya müharibəni ŞİDDƏTLƏNDİRİR – Ukraynaya DƏHŞƏTLİ HÜCUM başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Novqorod vilayətində Rusiya prezidentinin dövlət iqamətgahına Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə hücum cəhdi edildiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, hadisə dekabrın 29-na keçən gecə baş verib və hücumda ümumilikdə 91 pilotsuz uçuş aparatı iştirak edib.

Nazirin açıqlamasına əsasən, bütün dronlar hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Sergey Lavrov qeyd edib ki, baş verənlərə baxmayaraq, Rusiya danışıqlar prosesindən çıxmaq niyyətində deyil, lakin mövqeyinə yenidən baxacaq. O, eyni zamanda vurğulayıb ki, dövlət iqamətgahına hücumdan sonra Moskvanın cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyənləşdirilib.

Hadisə bir sıra suallar doğurur. Moskvanın cavab addımları nə qədər sərt ola bilər, prezident iqamətgahının hədəf alınması münaqişənin eskalasiyasında hansı yeni mərhələni ifadə edir və bu vəziyyət sülh danışıqlarının perspektivlərinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Vasif Həsənli bildirib ki, Ukrayna tərəfi hücumla bağlılığını təkzib edib:

“Doğrudan da Putinin olmadığı bir məkanın Kiyev tərəfindən indiki mərhələdə hədəfə alınması inandırıcı görünmür. Bu hadisə açıq şəkildə sülh danışıqlarını pozmağa yönəlib. Zelenskinin 20 maddəlik son təkliflərindən sonra baş verən bu olay Rusiyanın danışıqlardan yayınması üçün süni ajiotaj təsiri bağışlayır”.

Şərhçinin sözlərinə görə, artıq Kreml Putinin ABŞ Prezidenti Donald Trampa Rusiyanın ABŞ ilə sülhün əldə olunması istiqamətində əməkdaşlığı davam etdirmək niyyətində olduğunu çatdırıb: “Bununla yanaşı, Moskva Kiyevin addımlarını “dövlət tərəfindən dəstəklənən terrorizm” kimi qiymətləndirərək mövqeyinə yenidən baxacağını açıq şəkildə bəyan edib”.

Vasif Həsənli hesab edir ki, yaxın zamanda məsələ ətrafında vəziyyət daha da aydınlaşacaq və baş verənlərə real siyasi qiymət veriləcək.