“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mercedes-Benz,Mercedes Sprinter.Fiat Dobla XL,Ford Transit Crafter,tty avtomaşınları üçün ehtiyat hissə, avtoşinlərin, akkumulyator, mühərrik,transmissiya yağı və istismar mayelərinin satınalınması üzrə keçirilmiş tenderin qalibi məlum olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib şirkət “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Bu satınalma üzrə 489.818 manatlıq müqavilə bağlanacağı gözlənilir.
Bildirək ki, tenderin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır, qanuni təmsilçisi İlkin Zeynalov Əvəz oğludur.
Qeyd edək ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru hazırda Mirələm Cəlalovdur.