TƏCİLİ: Türkiyə böyük şəhərlərimizdə hərbi bazalar qurur – Türk mediasından sensasiyalı İDDİAbackend

TƏCİLİ: Türkiyə böyük şəhərlərimizdə hərbi bazalar qurur – Türk mediasından sensasiyalı İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Azərbaycanın Gəncə, Qəbələ və Lənkəran şəhərlərində hərbi baza quracaq.

NOCOMMENT avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Azərbaycan Suriya, Qətər, İraq, Sudan, Şimali Kipr Türk Respublikası kimi ölkələrdən sonra Türkiyə hərbi bazalarının yerləşdirildiyi növbəti ölkə ola bilər. Türkiyənin hərbi varlığının olduğu ölkələr:

Türkiyə Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başladıqdan sonra bu ölkədə bir çox hərbi əməliyyatlar gerçəkləşdirib. Ən son “Barış pınarı” əmliyyatından sonra Türkiyə Suriyada sərhədlərin yaxın geniş əraziyə nəzarət edir. Suriyada minlərlə Türk əsgəri olduğu ehtimal edilir.

İraq və Suriyadakı hərbçilərinin varlığı TBMM-in sənədlərinə görə belə dəyərləndirilir: “Türkiyənin milli təhlükəsizliyə istiqamətli terror təhdidi və İraqdakı hər cür təhlükəsizlik risklərinə qarşı beynəlxalq hüquqda lazımlı bütün tədbirləri görmək və hücumları folqa altına almaq Suriyadakı bütün terror təşkilatlarından ölkəmizə yönəldilə bilər və kütləvi köç kimi risklərə qarşı digər potensial milli təhlükəsizlik qorunub saxlanılmasını təmin edə bilər”.

Türkiyənin PKK terror təşkilatı ilə mübarizə çərçivəsində İraqa ehtiyac duyduqca hərbi əməliyyatlar aparmaq üçün bu ölkədə müxtəlif şəhərlərdə hərbi bazaları var.

Bu ölkədən əlavə, Türkiyənin Somali və Liviyada da hərbi bazaları var.

Türkiyə əsgəri Livanda BMT bayrağı altında xidmət edir. Türkiyə 10 ildən bəri UNIFIL-ə dəstək verir. Bu ölkədəki Türkiyənin əsgər sayı 100 nəfər civarındadır.