Tədris Cərrahiyyə Klinikasında əməliyyatdan sonra ölən qızı BU HƏKİM ƏMƏLİYYAT EDİBbackend

Tədris Cərrahiyyə Klinikasında əməliyyatdan sonra ölən qızı BU HƏKİM ƏMƏLİYYAT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda mədəkiçiltmə əməliyyatı keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb.

Məlumata görə, 1995-ci il təvəllüdlü Ülkər Səxavət qızı Fərzani təxminən 20 gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mədəkiçiltmə əməliyyatı keçiribmiş. 29 yaşlı Ülkər Bakıxanov qəsəbəsi Sülh küçəsində yaşadığı evdə olarkən onun səhhəti qəfil pisləşib. Daxili qanaxma keçirən qız az sonra vəfat edib.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, əməliyyatı həyata keçirən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı Elçin Abidinov olub.

Qeyd edək ki, Elçin Abidinov AZTV-nin keçmiş sədri Nizami Xudiyevin eks-kürəkənidir.