Tədris ilinin başlama vaxtının dəyişdirilməsi müzakirə mövzusu deyil – Nazirlikbackend

Tədris ilinin başlama vaxtının dəyişdirilməsi müzakirə mövzusu deyil – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial Tədqiqatlar Mərkəzi dərs ilinin nə vaxt başlaması ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin əksəriyyəti dərslərin sentyabrın 1-də başlamasını dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Nazirlikdə müzakirə mövzusu deyil.

Qeyd edək ki, sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2%-i bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev də mayın 16-da keçirdiyi brifinqdə “Məndən soruşsanız, misal üçün tədris ili sentyabrın 1-dən başlayarsa, bu, təbii ki, 15-dən başlamaqla müqayisədə nəzəri olaraq daha yaxşıdır” fikrini səsləndirib.