TƏFƏRRÜAT: Bakıda kişi arvadının boğazını niyə kəsib? – VİDEObackend

TƏFƏRRÜAT: Bakıda kişi arvadının boğazını niyə kəsib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən paytaxtın Pirallahı rayonunda dəhşətli qətl törədilib. 3 uşaq anası öldürülüb.

NOCOMMENT xezerxeber-ə istinadən xəbər verir ki, Rayon Prokurorluğunun yaydığı məlumata görə qadının həyat yoldaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Zərərçəkmişin əri, 29 yaşlı Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 24 yaşlı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qətl Ayşən Rəhimovanın anası Sevinc Rəhimovanın gözləri qarşısında baş verib. Qadının iddiasına görə, ər-arvad arasında mübahisələr olduğundan son dövrlər uşaqlardan biri atasının yanında, digər ikisi isə anası ilə birlikdə qalırmış. Sevinc Rəhimovanın sözlərinə görə, ötən gün Əsgər Musayev həyat yoldaşına zəng vuraraq bildirib ki, gəlib digər uşağı da özü ilə aparsın. Bundan sonra Ayşən anası ilə birlikdə Əsgərin yanına gedib.

Sevinc Rəhimova onu da iddia edir ki, uşağı götürdükdən sonra taksiyə minib geri qayıdarkən Əsgər onlara tərəf gələrək həyat yoldaşını əvvəlcə əli ilə vurmağa başlayıb. Bundan sonra isə Ayşən Rəhimova avtomobildən düşərək qaçmağa çalışarkən Ə.Musayev onun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisədən sonra Ayşən Rəhimova rayon xəstəxanasına aparılsa da, xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgər Musayevin valideynləri iddia edirlər ki, son 3 il ərzində ailə daxilində tez-tez mübahisələr olub.