İran ABŞ ilə dolayı danışıqlar zamanı Amerika istehsalı olan təyyarələrin alınmasını və neft-qaz sahəsində birgə investisiyaların mümkünlüyünü təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Danışıqların gedişi ilə tanış olan mənbənin sözlərinə görə, Tehran bu cür iqtisadi təşəbbüsləri danışıqlar prosesinin bir hissəsi və sanksiya rejiminin yumşaldılmasına doğru mümkün addım kimi qiymətləndirir.
Eyni zamanda telekanalın regiondakı mənbələri bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa nüvə proqramının müzakirəsini digər məsələlərdən — o cümlədən raket proqramı və Tehrana yaxın silahlı qruplaşmaların fəaliyyəti ilə bağlı mövzulardan ayırmaq tövsiyə olunub.
Məlumata görə, Uitkoff paralel diplomatik kanalların yaradılması ideyasını dəstəkləyib.
Aliyə
NOCOMMENT.az













