Tehranda daha su yoxdur: İranın paytaxtı köçürülə bilərbackend

Tehranda daha su yoxdur: İranın paytaxtı köçürülə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda demək olar ki, içməli su qalmayıb, ölkə üzrə su anbarları boşalıb. Hökumət təcili tədbirlər, o cümlədən Tehranın müvəqqəti bağlanması və hətta paytaxtın başqa bölgəyə köçürülməsi barədə düşünür.

NOCOMMENT.az bildirir ki, bu barədə xarici media məlumat yayıb.

Hökumət sözçüsü Fateme Mohaceraninin sözlərinə görə, su çatışmazlığı humanitar və iqtisadi çöküşə çevrilə biləcək ümummilli problemə çevrilib. Onun fikrincə, səlahiyyətlilər paytaxtın bir həftəlik “bağlanması” variantını nəzərdən keçirməyə məcburdur, bu da məktəblərin, universitetlərin və dövlət qurumlarının işinin dayandırılması deməkdir.

Vəziyyət daha da çətinləşir ki, proqnozlara görə, yaxın iki ayda yağıntı gözlənilmir və hansısa yolla su ehtiyatını artıra biləcək yağışlar payıza qədər düşməyəcək. Mütəxəssislərin fikrincə, ölkənin su anbarlarının təxminən 80 faizi demək olar ki, tamamilə boşdur.

Tehran və İranın 50 digər şəhəri artıq 12 saatdan 48 saata qədər fasilələrlə su təchizatına ciddi məhdudiyyətlər qoyub. Bu, əhalinin su ehtiyatlarının hələ də mövcud olduğu ölkənin şimal rayonlarına, Xəzər dənizinə yaxın ərazilərə kütləvi şəkildə köçməsinə səbəb olub.

İRNA dövlət xəbər agentliyinin məlumatına görə, İran hökuməti qondarma “qeyri-ənənəvi tədbirlər”i nəzərdən keçirir: iş həftəsinin dörd günə endirilməsi və bəzi işçilərin uzaqdan iş rejiminə keçirilməsi. Bu tədbirlər su və enerji resurslarının yükünü azaltmalıdır.

İran prezidenti Məsud Pezeşkian paytaxtda faktiki olaraq suyun qalmadığını bildirib və inzibati mərkəzin başqa şəhərə köçürülməsini istisna etməyib.

Ekspertər böhranın əsas səbəblərinin uzun sürən quraqlıq, iqlim dəyişikliyi və ekoloji risklərə məhəl qoymayan onilliklər ərzində aparılan səmərəsiz siyasətlər olduğunu bildirirlər. Beynəlxalq müşahidəçilər qeyd edirlər ki, ölkə rəhbərliyi su təchizatı infrastrukturunu inkişaf etdirmək əvəzinə resursları Yaxın Şərqdəki silahlı qruplaşmaların dəstəklənməsinə sərf edib.

Mart ayında çəkilmiş son fotoşəkillərdən biri Tehranın əsas su ehtiyatlarından biri olan Cacrud çayının demək olar ki, quruduğunu göstərir.\\Lent.az