Tehrandan Ağ Evə cavabbackend

Tehrandan Ağ Evə cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi Tehranın Trampa qarşı sui-qəsd cəhdlərində əli olması ilə bağlı iddiaları əsassız adlandırıb.

NOCOMMENT.az bu barədə xarici mediaya istinadən bildirir.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi İranla əlaqəsi olan üç nəfəri Trampı öldürməyə cəhddə ittiham edir.

Amerika mənbələrinin məlumatına görə, onlardan ikisinin artıq həbs olunub.

Dövlət Departamentinin məlumatında 51 yaşlı İran vətəndaşı Fərhad Şəkərinin Trampa sui-qəsd planı hazırlamaq tapşırığı olduğu iddia edilir.

Musavat.com