Təhsil Agentliyində yeni təyinat olubbackend

Təhsil Agentliyində yeni təyinat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə sədr müavini vəzifəsinə təyinat olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə sədr müavini vəzifəsinə Fərid Osmanov təyin olunub.

Qeyd edək ki, Fərid Osmanov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu illərdə isə Koreya İnkişaf İnstitutu İctimai Siyasət Məktəbində isə magistr təhsili alıb.

2011-2014-ci illərdə “Bakcell” MMC şirkətində, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazırliyinin audit şöbəsində , 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkında və 2020-2021-ci illərdə Türkiyə Respublikasının “Molen Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.