Təhsil eksperti təhsil nazirinə qarşı: Bunu deyə bilməz!backend

Təhsil eksperti təhsil nazirinə qarşı: Bunu deyə bilməz!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə təhsilin səviyyəsi çox aşağıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayevin ictimai müzakirə zamanı səsləndirdiyi fikir maraqla qarşılanıb. Nazir qəbul imtahanlarına nəzərən bildirib ki, “repetitor yanına getməklə yüksək nəticə olmur”.

O, aşağı sinifdə zəif nəticə göstərən şagirdlərin yuxarl siniflərdə nə qədər repetitor yanına getməyindən asılı olmayaraq yenə zəif nəticə göstərdiyini bildirib. Nazir qəbulda repetitor, hazırlıq kurslarından çox, orta məktəbin rol oynadığını deyib.

Ekspertin sözlərinə görə, ümumtəhsil məktəblərində dərslər normal qaydada tədris olunmur:

“Hazırda ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əksəriyyəti hazırlıqlara gedir. Məktəbəqədər hazırlıq pilləsindən tutmuş, ibtidai hazırlıq pilləsinə qədər şagirdlərin hamısı kənar müəllimlərin yanına gedir. Təkcə bununla yetinmirlər. Bakalavr pilləsindən magisturaturaya qəbul imtahanında iştirak etmək üçün də hazırlığa gedirik. Ölkədə təhsilinin səviyyəsi çox aşağıdır. Orta ümumtəhsil müəssisələrində dərslər normal qaydada tədris olunmur.

Tədris olunursa, belə orada təhsil verənlərin müəyyən bir hissəsi uşaq yığmağa çalışırlar. 6 saat dərs götürürlər, lakin keçmirlər. Özünə uşaq toplayıb, evdə hazırlayırlar”.

Elçin Əfəndi qeyd edib ki, ali məktəbə qəbul olanların 85-90 faizi hazırlıq kursları və repetitorların nəticəsidir:

“Emin Əmrullayev konkret olaraq orta məktəblərin nəticəsini deyə bilməz. Azərbaycanda hər il 40-42 min abituriyent ali təhsil müəssisəsinə qəbul olursa, onun 85-90 faizi hazırlıq kursları və repetitorların nəticəsidir. Orta ümumtəhsil məktəblərinin nəticəsi deyil. Eyni zamanda kolleclərə qəbul da hazırlıq kurslarının sayəsində olur”.

E.Əfəndi əlavə edib ki, ümumtəhsil məktəblərində təhsil pullu olarsa, o zaman nəticə qazana bilərik:

“Repetitor kölgə təhsili hesab olunur. Təhsil naziri, müvafiq institutlar tərəfindən müzakirələr gedir. Repetitor fəaliyyətinin 5-6 il ömrü qalır. 5-6 il sonra qəbul tamamilə başqa formatda keçiriləcək. Demək olar ki, orada artıq repetitora ehtiyac duyulmayacaq. Bu barədə işlər gedir.

Bir növ repetitora ehtiyac duymayacaqlar. Hamı hazırlığa getsin deyə bir psixologiya olmayacaq”.