Təhsil İnstitutu şagirdlərin sosial emosional sağlamlığı ilə bağlı təlimlər keçirəcək – 90 min manatlıqbackend

Təhsil İnstitutu şagirdlərin sosial emosional sağlamlığı ilə bağlı təlimlər keçirəcək – 90 min manatlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Təhsil İnstitutu şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyinin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi ilə bağlı satınalma həyata keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bununla bağlı keçirilən satınalmanın qalibi “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC olub. Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 90 min manat təşkil edir.

“Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC-nin sədri Elnur Məcnun oğlu Rüstəmovdur.

Xatırladaq ki, Elnur Əliyev Azərbaycan Respublikasının Təhsil İnstitutunun Direktor səlahiyyətlərini müvəqqəti icra edir.