Təhsil krediti üçün müraciətlərin sayı açıqlandıbackend

Təhsil krediti üçün müraciətlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaz sessiyasında Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, indiyədək 4478 müraciət qəbul olunub.

Onlardan 658-i natamam, 525-i emaldadır. Müraciətlərdən 279-na imtina verilib. 504 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.

Yaz sessiyasında 2512 nəfərə kredit verilib. Onlardan 882-si sosial, 1630-u isə standart təhsil krediti olub.