Təhsil naziri Emin Əmrullayev fikrinin təhrif olunduğunu bildirdibackend

Təhsil naziri Emin Əmrullayev fikrinin təhrif olunduğunu bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brifinqdə söylədiyim “Biz əgər təhsil haqqını 500 manat etsək, onda hamı və ya çox adam ali təhsil alar” fikri məcrasından çıxarılaraq ictimaiyyətə fərqli formada təqdim edilib. Bu təhsilin keyfiyyəti ilə onun qiyməti arasında olan əlaqədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əgər bu gün bir nəfərin təhsilinə 2500 manat vəsait ayrılırsa, bu məbləğ 5 nəfər üçün ayrılıdıqda 5 nəfər təhsil alır:

“Bu halda 500 manata hazırlanmış mühəndislə 2500 manata hazırlanmış mühəndis arasında keyfiyyət fərqi var. Biz kəmiyyət dəyişikliyimizi keyfiyyətə qurban verməməliyik. Ali təhsildə kəmiyyət dəyişiklikləri mütləq baş verməlidir. Amma biz süni şəkildə sayları artırmaqla “əhalimiz daha çox ali təhsil aldı” deyib özümüz özümüzü aldatmamalıyıq. Çünki uzunmüddıtli bir dövrdə həmin adamlar bizim əmək bazarının əsas hissəsi olacaqlar”.

E.Əmrullayev əlavə edib ki, Azərbaycanda əhalinin az bir hissəsi ali təhsillə əhatə olunub:

“Təbii ki, bu, son dövrlərdən daha çox əvvəlki dövrlə əlaqəsi var. Son dövrlərdə ali təhsil alanların sayının artmasını hamı müşahidə edir”.

Trend