Təhsil naziri narazılıqlara münasibət bildirdibackend

Təhsil naziri narazılıqlara münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev rəsmi “Facebook” hesabında yazıb.

“Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”, – deyə nazir qeyd edib.