Təhsil nazirindən yeni TƏYİNATbackend

Təhsil nazirindən yeni TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Həmin əmrə əsasən, Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bu təyinata qədər Eldar Orucov Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Eldar Orucov 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyası bitirib. O, 2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışıb.