Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmaya əsasən nazirliyin sözügedən idarəsi respublika üzrə 2 ədəd məktəbəqədər, 17 ədəd tam orta məktəb binalarının tikintisi və 2 modul tipli tam orta məktəb binasının quraşdırılması işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını həyata keçirir.
Bu işlərin ehtimal olunan qiyməti 2 815 300 AZN təşkil edir.