Təhsil Nazirliyi məşhur nəşriyyata 3,3 milyon manatlıq dərslik sifariş edibbackend

Təhsil Nazirliyi məşhur nəşriyyata 3,3 milyon manatlıq dərslik sifariş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi 2021-2022-ci tədris ilində ibtidai təhsil səviyyəsinin 1-ci sinfi üçün dərsliklərin, eləcə də orta təhsil səviyyəsinin 5-9-cu sinifləri üçün dərsliklərin istehsalı ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hər iki tenderin qalibi “Çaşioğlu Elm-İstehsalat” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 1 948,6 min manat1 306,5 min manat, ümumilikdə isə 3 255,1 min manat ödəniləcək.