Təhsil Nazirliyi yeni elektron xidmət istifadəyə verdibackend

Təhsil Nazirliyi yeni elektron xidmət istifadəyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 14-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilib. Müraciətlərin qeydiyyatı Təhsil Nazirliyinin elektron xidmətlər portalı (https://portal.edu.az/) vasitəsi ilə həyata keçirilir.

Nazirlikdən NOCOMMENT-ə verilən məlumata görə, xidmət vasitəsi ilə elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırmanın aparılması nəzərdə tutulub.

Xidmətin elektron formatda həyata keçirilməsində məqsəd bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır. Vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı vardır ki, bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə imkan verir.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə müvafiq elektron xidmətlərdən faydalana biləcəklər.