Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMAbackend

Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri də təhsil müəssələrində hicablı şagirdlərə, müəllimlərə rəhbərlik tərəfindən təzyiqlərin olması iddiasıdır.

Hicablı şagirdlər və ya müəllimlərə təhsil müəssəsinə daxil olmaqda hər hansısa bir məhdudiyyəti varmı?

NOCOMMENT bildirir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sonxeber.az-a açıqlama verib.

“Məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır.

Burada məktəbdaxili mühit və tədris prossesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedoqoji heyətinin məktəb pedaqoji şurasının qərarı ilə təsdiq olunan geyim forması var.

Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəbdaxili mühitə hesablanmalıdır və o əsasda olamlıdır”.