Təhsil Nazirliyindən müəllimlərə müraciətbackend

Təhsil Nazirliyindən müəllimlərə müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov belə məcburiyyətin olmadığını deyib.

O qeyd edib ki, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub:

“Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur”.