Təhsil Nazirliyindən XİN-ə transferlər – Yeni nazir kadr dəyişikliklərinə davam edirbackend

Təhsil Nazirliyindən XİN-ə transferlər – Yeni nazir kadr dəyişikliklərinə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər naziri Ceyhun Bayramov rəhbərlik etdiyi qurumda kadr islahatları həyata keçirib.

NOCOMMENT xatırladır ki, bu gün səhər Şahin İsgəndərovun XİN-in İşlər İdarəsinin rəisi təyin olunması barədə xəbər vermişdik. Nahardan sonra isə daha iki yeni təyinat haqqında məlumat əldə etmişik.

Məlum olub ki, dünən Təhsil Nazirliyindən ayrılan Elnur Məmmədov bu gün XİN-in Ümumi katibliyinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova isə XİN-də maliyə şöbəsinin müdiri postuna təyinat alıb.

Qeyd edək ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin olunub.