DİM budəfəki imtahanda da qanun pozuntusu aşkar etmədi

DİM budəfəki imtahanda da qanun pozuntusu aşkar etmədi

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

NOCOMMENT xəbər verir ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Daşkəsən, Gədəbəy, Tovuz, Şamaxı, Şəki, Bərdə, Ağcabədi, Ucar, Şirvan, Lerik və Qusarda olmaqla, ümumilikdə 11 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 67 imtahan binası, 1 072 imtahan zalı, 67 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1 395 nəzarətçi – müəllim, 134 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.