Bu il bütün dünyaya təsir edən Covid-19 pandemiyasının kölgəsində qəbul imtahanından əvvəl həm tələbələr və həm onların ailələrində həyəcan və stres zirvədədir.
NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər imtahan verəcək şagirdlərin istirahət etmək, narahatlıqlarını azaltmaq və motivasiyalarını artırmaları üçün imtahandan əvvəl və imtahan zamanı ediləcək vacib işlər haqqında məlumat verib.
Gündəlik tutaraq duyğularınız orada paylaşın
Mənşəyindən asılı olmayaraq, duyğuların və düşüncələrin paylaşılması narahatlıqla mübarizə aparmaqda çox təsirlidir. Yaşıdlarınızla və ailənizlə son günlərdə olan düşüncə və hisslərinizi bölüşə və ya bir dəftərdə qeyd edə bilərsiniz.
Evdə etdiyiniz sınaq testlərində maskadan istifadə edin
Koronavirus tədbirləri çərçivəsində imtahanda maskadan istifadə edə bilərsiniz. Bu isə sizə həmin vaxt çətinlik yarada bilər. Evdəki sınaq testlərini həll edərkən, imtahan mühitini yaratmaq və maska ilə həll etmək, həqiqi imtahan gününə alışmağınızı asanlaşdıracaqdır.
Hobbilərinizə vaxt ayırın
İmtahandan əvvəl son günlərdə evdə məşğul olmaqdan zövq aldığınız hobbilərinizə də vaxt ayırmağı unutmayın. Bu fəaliyyətlərin beyninizi rahatlaşdırmaqda nə qədər təsirli olduğunu görəcəksiniz.
Qidalanma və yuxu rejiminizə diqqət edin
İmtahana hazırlaşarkən günlük qida və yuxu saatlarına vaxt ayırın. İmtahandan əvvəl yaratdığınız standart qaydalar sizin üçün faydalı olacaq.
Sosial mediadan uzaqlaşın
Epidemiya dövründə sosial mediada əhvalı pozacaq xəbərlər getdikcə artır. Bu xəbərlər məsələ ilə bağlı narahatlıq artırır və insanlara mənfi təsir göstərir. Xüsusilə imtahana az vaxt qaldığı dövrdə bu tip xəbərlərdən uzaq olmaq yaxşı olardı. Son 3 gü sosial mediadan uzaq olmağa çalışın.
Sosyallaşmağa çalışın
Video görüntü ilə də olsa dostlarınızla vaxt keçirin. Bu zaman keçirdiyiniz narahatlıq hissində tək olmadığınızın fərqinə varacaqsınız.
Fiziki hərəkətlər edin və son gün heç nə oxumayın
Evdə hər gün yarım saat da olsa fiziki məşqlər edin. Bu sizin özünüzü daha yaxşı hiss etmənizə kömək edəcək.
Son gün çalışmaq əvəzinə isə beyninizi və bədəninizi dinləndirməyə çalışın.
İMTAHAN GÜNÜ NƏ ETMƏLİ?
Mütləq səhər yeməyinizi yeyin.
İmtahana bacardığınız qədər hazırlaşdığınızı düşünün.
Unutmayın ki, hər bir tələbə imtahan həyəcanını yaşayır və onun müəyyən dərəcədə yaşaması normaldır. Dozasında narahatlıq da vacibdir, çünki bu uğur yolunda hərəkətverici qüvvədir.
Valideyinlərinizin qorxu və narahatlıqlarını çox da böyütməyin.
COVİD 19-a qarşı lazımi gigiyena tədbirlərinin görüldüyünü nəzərə alaraq narahat olmayın.
Burundan dərin nəfəs alaraq və yavaş-yavaş nəfəsinizi ağızdan buraxın.
İmtahanda ətrafa əhəmiyyət verməyin, yalnız özünüzə diqqət yetirin.












