“Əgər universitetlər dərsləri onlayn keçəcəksə, o zaman onlara xərclərin ödənilməsi məsələsinə yenidən baxılacaq”.
NOCOMMENT.az xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə bu fikirləri səsləndirib.
Nicat Məmmədli qeyd edib ki, doktorantura təhsilinin maliyyələşməsi 2 istiqamətdə baş verir: “Birincisi, universitetlərə qəbul olan tələbənin təhsil haqqının ödənilməsi, ikincisi, tələbənin yaşayış üçün xərclərinin ödənilməsidir. Bu zaman məsələyə tələbənin oxuduğu yaşayış standartına uyğun baxılacaq. Əgər tələbə oxuyursa və təhsil xərcləri varsa, təhsil haqqı proqram tərəfindən veriləcək”.
Təhsil Nazirliyinin sektor müdiri Müjdət Həsənov isə əlavə edib ki, pandemiyanın şəraitinə uyğun bu məsələyə fərdi şəkildə baxılacaq. Onun sözlərinə görə əgər dərslər onlayn olacaqsa və tələbə həmin şəhərdə olmayacaqsa, o zaman yaşayış xərcinin ödənilməsi nəzərdə tutulmur.












