“Təhsilimiz ildən-ilə tənəzzülə gedir”backend

“Təhsilimiz ildən-ilə tənəzzülə gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il təhsil üçün uğurlu olmadı. Problemlərin böyük əksəriyyəti həll olunmur və Azərbaycan təhsil ildən-ilə tənəzzülə gedir. Cəmiyyətdə qalxan məsələlərə, edilən tənqidlərə reaksiya yoxdur”.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili Ceyhun Məmmədov deyib.

“Bu dövrdə təhsilin inkişafını müzakirə etmək əvəzinə, sanitar qovşaqların vəziyyətindən danışırıq. Təhsilə bugünkü qədər pul ayrılmayıb, lakin elm sahəsində ruh düşkünlüyü var. Regional idarələr yaradıldı, amma Biləsuvarın “Cəbrayıl” qəsəbəsində 5 məktəbdə yanacaq yoxdur”, – deyə deputat fikirlərini tamamlayıb.