Təkcə Kiyevi niyə? – Bəlkə Londonu da bombalayaq?backend

Təkcə Kiyevi niyə? – Bəlkə Londonu da bombalayaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında müharibənin başlayıb-başlamayacağı ilə bağlı verilən suallarda qəribəlik var. Çünki bu müharibə bizə 2014-cu ildən bəri “hədiyyə” edilib.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.

O qeyd edib ki, Rusiyada Kremldən “qətiyyətli addım” gözləyən çürük təvəkkürlü insanlar var:

“Qətiyyətli addım” – Kiyevi bombalamaqdan ibarətdir. Bu axmaq rusiyalı “müdrüklər”in düşüncəsinə əsasən, bu çox asan bir şeydir. Onlar hələ də anlamırlar ki, bu, Qərbin Rusiya üçün hazırladığı tələdir. Əgər bombalamaq belə asandırsa, onda niyə görə təkcə Kiyevlə kifayətlənək ki! Gəlin elə Kiyevdən başlayaq, sonra Londonu, Tokionu və Vaşinqtonu da darmadağın edək, hə?

Bu gün Rusiyanın düşmənləri elə bu tip fikirlər səsləndirənlərdir”.