Təkər xidməti ilə məşğul olan 3 xanımın iş həyatı hekayəsi – VİDEObackend

Təkər xidməti ilə məşğul olan 3 xanımın iş həyatı hekayəsi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ülviyyə, Ləman və Esmira xanım. Biri təkər təmir edir, dəyişir, biri satır, digəri isə hesab-kitab işlərini görür.

NOCOMMENT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu 3 xanım 3 il öncə təkər təmiri və satışı ilə məşğul olmaq üçün mağaza açıblar. “Müştərilərimizin 90 faizi təəccüblə qarşılayır. Xanım və təkər işi”, – deyən Ülviyyə xanım atasını uşaq yaşlarında itirib.

İllər öncə həm də qaydasız döyüş növü üzrə idmanla da məşğul olan Ülviyyə xanım deyir ki, 9 bacı-qardaş olan başçısız ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub.

16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə başlayıb.