TƏKLİF: Hadrutun adı dəyişdirilsinbackend

TƏKLİF: Hadrutun adı dəyişdirilsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Adlarla bağlı prezidentimiz fərman verdi Madagizin adı dəyişdirilərək Suqovuşan qoyuldu, keçmiş adı bərpa oldu”.

NOCOMMENT xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli deyib: “Hadrutun adı farscadır, ermənicə deyil. “Ha” arasında “rut” çay, “du” iki deməkdir”.

Tarixçi bildirib ki, Hadrut “iki çayarası” deməkdir: “Ola bilsin ki, adı tərcümə olunub qaytarıla bilər. Vaxtilə Dizaq məlikliyinin mərkəzi olub. Bu, Qarabağın Alban məlikləri idi”.

G.Nəcəfli son olaraq əlavə edib ki, Hadrutun başqa adları da var, çayqırağı və s.: “Hadrutun adı dəyişməlidir. Nəyə görə dilimizə uyğun olmayan terminləri saxlamalıyıq? Hadrut bizim torpağımızdır. Biz də tərəfdarıyıq ki, torpaqlarımız əvvəlki tarixi adlarına qovuşsun”.

Qeyd edək ki, Hadrut 09.10.2020 tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.