TEKNOFEST İstanbulu 4 gündə ziyarət edənlərin sayı açıqlandıbackend

TEKNOFEST İstanbulu 4 gündə ziyarət edənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə milli texnologiyanın inkişafında kritik rol oynayan bir çox təşkilat, Türkiyə Texnologiya Komandası Vəqfi və Sənaye və Texnologiya Nazirliyinin ortaqlığı ilə təşkil edilən TEKNOFEST İstanbul Atatürk Hava Limanında beşinci günündə davam edir.

NOCOMMENT.az xəbər verir ki, TEKNOFEST-i 4 gündə 1 milyon 925 min 437 insanın ziyarət etdiyi açıqlanıb.

27 aprel-1 may tarixlərində TEKNOFEST tədbirlərini ilk gün 25 min 437, ikinci gün 300 min, üçüncü gün 600 min, dördüncü gün isə 1 milyon insan ziyarət edib.

Hər yaşdan çox sayda ziyarətçinin qatıldığı TEKNOFEST İstanbul; Texnologiya yarışmaları, hava şouları, konsertlər, söhbətlər və müxtəlif mövzularda tədbirlər kimi bir çox fəaliyyətə ev sahibliyi edir.

Qeyd edək ki, festival 5 gün davam etməsi nəzərdə tutulub.

NOCOMMENT.AZ