“Teknofest” üçün xərclənən vəsaitin məbləği bilindibackend

“Teknofest” üçün xərclənən vəsaitin məbləği bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26-29 may tarixlərində Bakıda Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilib.

Yeniavaz.com xəbər verir ki, keçirilən “Teknofest Azərbaycan”ın təşkili üçün nazirliyin Dövlət Radiotezliklər İdarəsi ümumilikdə 841 min 176 manat 73 qəpik vəsait ayırıb.

Bu vəsaitin 306 min 800 manatı “Adpoint” MMC-yə (“Teknofest” çərçivəsində City Look şəhər görüntü sahəsində müxtəlif bannerlər və printlərin çapı və icarəsi, hava limanı ərazisində reklamın yerləşdirilməsi, məkan üçün nəzərdə tutulmuş bannerlər və çaplar, həştəq (dəmir) istehsalı üzrə xidmətlər), 305 min 901 manat 73 qəpiyi “Sapian Event Organisers” MMC-yə (“Teknofest” çərçivəsində TakeOff summitinin təşkili üzrə xidmətlər), 228 min 475 manatı isə “Lime Catering” MMC-yə (“Teknofest” çərçivəsində yarış və tədbir təşkilatçıları, könüllülər və digər heyət üçün ketrinq xidmətlərinin satın alınması) ayrılıb.