NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin Həmas hərəkatının qüvvələri İsrailin Təl-Əviv şəhərinə yeni hücumlar həyata keçirib. Bu barədə hərəkat nümayəndələri Telegram kanalında müvafiq bəyanat yayaraq danışıblar.
“Əl-Qəssam briqadaları (HƏMAS-ın hərbi qanadı – Gazeta.Ru) Təl-Əvivi atəşə tutur”, – məlumatda deyilir.
Açıqlamada qeyd edildiyi kimi, bu qərar İsrail Müdafiə Qüvvələrinin (IDF) mülki şəxslərə hücumları səbəbindən verilib. Lakin baş verənlərin digər təfərrüatlarına hələlik aydınlıq gətirilməyib.