NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin Həmas hərəkatının qüvvələri İsrailin Təl-Əviv şəhərinə yeni hücumlar həyata keçirib.Bu barədə “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun Telegram kanalında məlumat verib.
Bəyanatda deyilir ki, Təl-Əvivə zərbələr dinc əhalinin ölümünə cavab olaraq həyata keçirilib.
Açıqlamada qeyd edildiyi kimi, bu qərar İsrail Müdafiə Qüvvələrinin (IDF) mülki şəxslərə hücumları səbəbindən verilib. Lakin baş verənlərin digər təfərrüatlarına hələlik aydınlıq gətirilməyib.
Bundan əvvəl Tel-Əvivdə və İsrailin mərkəzində hava hücumu sirenləri səslənib.