Təl-Əviv Qəzzaya quru hücumlarını dayandırmağa hazırlaşırbackend

Təl-Əviv Qəzzaya quru hücumlarını dayandırmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail mətbuatının yazdığına görə, Təl-Əviv Qəzzaya quru hücumlarını dayandırmağa hazırlaşır.

NOCOMMENT xəbər verir ki, xəbərdə həmçinin İsrail ordusunun “Qəzza zolağının şimalındakı ərazinin çox hissəsini nəzarətə götürdüyü, lakin cənub bölgəsində irəliləməkdə böyük çətinliklərlə üzləşdiyi” qeyd olunub.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 472 əsgərinin öldürüldüyünü açıqlayıb.

Ordunun statistikası göstərir ki, oktyabrın 27-də qurudan hücumlar başlayandan bəri Qəzza zolağında 784 zabit və əsgər yaralanıb.

Kanal 13 televiziyasının xəbərində, İsrail ordusunun tərkibindəki “elit” piyada briqadalarından biri olan Qolaniyə bağlı əsgərlərin Qəzzanı tərk etdikləri bildirilib.

Walla internet saytında “70 gündən çox vaxt keçirən və 44 əsgərini itirən Qolani Briqadası əsgər ailələrini ziyarət etmək üçün bir neçə günlük Qəzzanı tərk etdi” qeyd edilib.