Təl-Əvivə raket zərbəsi: Yaralılar var – VİDEObackend

Təl-Əvivə raket zərbəsi: Yaralılar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İsrailə qarşı həyata keçirdiyi növbəti raket hücumu nəticəsində Təl-Əviv şəhərində ciddi dağıntılar və xəsarət alanlar qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, raketin düşdüyü ərazidə binalara və yaxınlıqdakı avtomobillərə də ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, raketlərdən birinin yaşayış massivinə birbaşa düşməsi nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə ediliblər.

İsrailin hava hücumundan müdafiə sistemlərinin raketlərin əksəriyyətini zərərsizləşdirməsinə baxmayaraq, bəzi mərmilərin hədəfə çatması şəhərdə böyük təşvişə səbəb olub. Yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və hava həyəcanı siqnalı verilən zaman sığınacaqlara yollanmağa çağırıb. Regionda gərginlik pik həddə çatdığı bir vaxtda bu hücum qarşılıqlı zərbələrin daha da şiddətlənəcəyi ehtimalını artırır.

 

Sara,
NOCOMMENT.az