Tələbə imtahanlar öncəsi stress keçirərək meşəyə qaçıbbackend

Tələbə imtahanlar öncəsi stress keçirərək meşəyə qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Honq-Konqda tələbə imtahanlar öncəsi stress keçirərək meşəyə qaçıb.

KİV-in məlumatına görə, 17 yaşlı Metyu Tsang oktyabrın əvvəlində günorta saatlarında özü ilə yalnız pul götürərək məktəbi tərk edib. Yeniyetmənin anası o yoxa çıxandan sonra polisə müraciət edərək sosial şəbəkələrdə yazı yazaraq aidiyyatı şəxslərin axtarışa qoşulmasını xahiş edib.

“Biz səni sevirik, fəxr edirik ki, sən bizim oğlumuzsan, lütfən evə gəl və biz birlikdə hər şeyə tab gətirəcəyik” deyə qadın bildirib.Xilasetmə qrupu yaradıldıqdan sonra dəstə Tsangın axtarışına çıxıb.

Mütəxəssislər Metyunu tapmaq üçün həmçinin öyrədilmiş itlərdən də istifadə ediblər. Nəticədə tələbə itkin düşəndən bir həftə sonra çayın yaxınlığındakı kolluqlarda tapılıb.

“Ona isti paltar və enerji içkiləri verdik. Müayinədən sonra qərara gəldik ki, uşağı vertolyotla xəstəxanaya göndərmək daha yaxşıdır”, – deyə xilasedicilərdən biri bildirib.