Tələbələrə əxlaqsız təkliflər etdiyi deyilən müəllim DANIŞDIbackend

Tələbələrə əxlaqsız təkliflər etdiyi deyilən müəllim DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adı tələbə qızlara əxlaqsız təkliflər etməkdə hallandırılan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov media və sosial şəbəkələrdə özü haqqında yayılan görüntülərə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı E.Rəhimov oxu.az-a açıqlama verib.

O bildirib ki, videonu izləyib: “Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Ev şəraitində olanda bir neçə dəfə açmışdım. Təxmin edirəm ki, bu, həmin zəngin videolarıdır”.

E.Rəhimov qeyd edib ki, rayonda onu hər kəs tanıyır: “İstər universitetdə tələbələrimdən, istərsə də kənddəki adamlardan soruşa bilərsiniz. Mənim əxlaqıma yaraşan hərəkət deyil bu. Mənim 51 yaşım var. Bu yaşda Azərbaycan müəlliminin adına belə hərəkəti yaraşdırmaq ayıbdır”.

E.Rəhimov tədris etdiyi bütün qruplarda qız tələbələrin olduğunu da qeyd edib: “Onlar mənim qızlarımdır. Məsələnin tam araşdırılmasının tərəfdarıyam”.

Qeyd edək ki, Elşad Rəhimov universitetdə zooloq kimi – heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edir.

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb.