Tələbələrə ictimai nəqliyyatda güzəşt edilə bilər?backend

Tələbələrə ictimai nəqliyyatda güzəşt edilə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vüqar Bayramov bildirib ki, əksər inkişaf etmiş ölkələrdə o cümlədən qardaş Türkiyədə ictima nəqliyyatda differensial qiymətlər tətbiq edilir.
Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər.
NOCOMMENT.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.
O, öz sosial şəbəkə hesabında qeyd edib ki, ictimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir: “Etiraf etmək lazımdır ki, son illər ictimai nəqliyyat sektorunda institutsional islahatlar dərinləşib. Bununla yanaşı, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizdə də bu sahə uzun müddətli islahatlar tələb edən sektordur”.
Deputat bildirib ki, əksər inkişaf etmiş ölkələrdə o cümlədən qardaş Türkiyədə ictima nəqliyyatda differensial qiymətlər tətbiq edilir.
“Cəmiyyətinin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı.
O, qeyd edib ki, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər:
“Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini azaltmaqla yanaşı, nəqliyyat şirkətləri üçün birdəfəlik vəsait cəlb etmə və bu kontekstdən səmrayə imkanlarını da artıra bilər”.
“Taksi xidmətini bilərəkdən bahalaşdırdılar, dedilər ki, məqsəd ictimai nəqliyyatdan istifadəni artırmaqdır. Bu qərardan sonra, məntiqlə ictimai nəqliyyat daha əlçatan, daha keyfiyyətli olmalı idi. Amma dərhal nəqliyyatda qiymətləri, az qala, 2 dəfə bahalaşdırdılar – yaxşı, bunun məntiqi nədir?! İllərdir hökumətə deyirik ki, ictimai nəqliyyatda qiymət birdəfəlik gedişə görə tənzimlənmir. Bu doğru deyil, birdəfəlik bilet 50 qəpik ola bilər, bu turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır.
Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil, ancaq zamanla məhdudlaşdırılan biletlər də olmalıdır. Məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər, vətəndaşa da sərfəli olur”.
Qeyd edək ki, Tarif Şurasının Aİ-92 markalı benzinin və dizelin qiymətini artırmasından sonra şəhəriçi ictimai nəqliyyatda və metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qaldırılıb.