Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər gələn ildən artılılacaqbackend

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər gələn ildən artılılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tələbə təqüdləri isə gələn ildən etibarən orta hesabla 20 % artırılacaq. Müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması daimi olaraq Azərbayan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir.

NOCOMMENT.az Trend-ə istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2023-c ilin büdcə müzakirələri zamanı deyib.

O qeyd edib ki, müharibə əlillərinin, şəhid ailələrinin, müharibə iştirakçılarına dəstək verilməsi və bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40 % artırıldı və indiki məbləğə bərabər oldu.

Nazir deyib: “Hazırda bizim 170 minin üzərində müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək. Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlili 8800 özünəməşğul proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub və bu sahədə onlara qarşı göstərilən diqqət daimi olacaq. Tələbə təqüdləri isə gələn ildən etibarən orta hesabla 20 % artırılacaq”.