Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıbbackend

Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olun abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı başlayıb.

NOCOMMENT xəbər verir ki, tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

Qeydiyyat onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 nəfər (o cümlədən 779 subbakalavr) dövlət sifarişi əsasında, 21 932 nəfər (o cümlədən 5 006 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.