Tələbələrin borc siyahısını yayan dekan cəzalandırıldıbackend

Tələbələrin borc siyahısını yayan dekan cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxslər cəzalandırılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə ADMİU-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırılıb: “Universitetdə tələbələrin adlarının siyahısı asılmamışdı. Tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə vatsap qrupuna göndərilib. Universitet rəhbərliyi bunun da əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırıldı”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində birillik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının divarda vurulması barədə məlumat yayılmışdı.