Mobil telefondan istifadənin eşitmə qabiliyyətinə təsiri araşdırma mövzusu olsa da, sağ qulaqda danışmanın verdiyi zərər hər kəsi şok edir.
NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, mobil telefonların yaydığı radiasiya beynimizə, qulaqlarımıza, gözlərimizə, sinəmizə, ürəyimizə və cinsi orqanlarımıza təsir edir.
Yaxşı, bəs telefonu hansı qulaqda istifadə etməliyik?
Beynəlxalq Xərçəng Araşdırmaları İnstitutunun 2008-ci ildə nəşr etdiyi hesabatda bildirilir ki, 10 il və daha çox mobil telefondan istifadə edən insanlarda beyin şişi 40 faiz daha çox aşkarlanır.
Alimlərin apardığı araşdırmaya görə, cib telefonunun yaydığı radiasiya beynin sağ tərəfindəki damarlara və bölgələrə təsir edir və telefonun sol tərəfində istifadə edildiyindən daha çox zərər verir.
Mütəxəssislər sol qulaqdan istifadə etməyi məsləhət görürlər.