Telegram yay mövsümü üçün ikinci böyük yenilənməsini təqdim edib. İndi istifadəçilər və kanallar üçün interaktiv tapşırıq siyahıları və təklif edilən postlar funksiyasının təkmilləşdirilmiş versiyası mövcuddur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə tərtibatçıların bloqunda deyilir.
Telegram Premium istifadəçiləri artıq çatlarda tapşırıq siyahıları yarada bilərlər ki, bu da qrupların iş proseslərini daha səmərəli koordinasiya etməsinə, adi istifadəçilərin isə şəxsi və ya ailə alış-veriş və iş siyahılarını aparmasına imkan verir. Siyahının müəllifi tapşırıqları kimlərin yerinə yetirildiyini və kimlərin yeni maddələr əlavə edə biləcəyini təyin edə bilər.
Təklif edilən postlar funksiyası yenilənərək, məzmunun yayımlanma vaxtını göstərmək imkanı əlavə olunub. İstifadəçilər kanalların administratorlarına Telegram-un daxili valyutası olan Telegram Stars və ya TON kriptovalyutası ilə ödəniş təklif edə bilərlər. Ödənişlər Fragment platforması vasitəsilə həyata keçirilir və postun silinməsi halında avtomatik geri qaytarma sistemi təmin olunur.
Kanalların sahibləri istifadəçi təkliflərini qəbul edə, redaktə edə və yerləşdirmə şərtlərini birlikdə təsdiqləyə bilərlər.
Qeyd olunub ki, Telegram Stars Apple kimi üçüncü tərəf təşkilatlardan alınır və onların 21 gün ərzində pulun geri qaytarılması siyasəti var, bu da balansdan ulduzların silinməsinə səbəb ola bilər. Toncoin ilə ödənişlər isə geri alınmır və daha təhlükəsiz sayılır.