2023-cü ildə Telegram-ın gəliri 342 milyon dollar olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Əməliyyat xərcləri 108 milyon dollar, vergilərdən sonra isə ümumi itki demək olar ki, 173 milyon dollar təşkil edib.
Nəşr xatırladıb ki, Telegram tamamilə çoxmilyonluq kriptovalyuta sərvətinə sahib olan təsisçi Pavel Durova məxsusdur . Eyni zamanda şirkət borcun maliyyələşdirilməsi üçün təxminən 2,4 milyard dollar cəlb edib. Ödəmə tarixi 2026-cı ilə planlaşdırılıb. Durovun özü şəxsən ən azı 64 milyon dollar dəyərində Telegram istiqrazları alıb.
Keçən il Telegram-ın maliyyə itkiləri şirkətin balansında saxladığı rəqəmsal aktivlərin dəyərindəki artımla qismən kompensasiya edildi. 2023-cü ildə onların ümumi dəyəri təxminən 400 milyon dollar qiymətləndirilirdi.
Daha əvvəl bildirilmişdi ki, Durovun həbsindən sonra ödənişləri Telegram-da həyata keçirilən Toncoin kriptovalyutası 19 faizdən çox ucuzlaşıb . Sonradan onun məzənnəsi vahidə görə 5,33 dollara düşüb.