“Telegram”ın qiyməti 30 milyard dolları keçdibackend

“Telegram”ın qiyməti 30 milyard dolları keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telegram Messenger Inc şirkəti IPO-ya çıxmazdan əvvəl 30 milyard dollar məbləğində minimum ilkin qiymətləndirmə alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Telegram-ın yaradıcısı Pavel Durov “Financial Times”-a (FT) müsahibəsində danışıb.

Messencerin bu qiymətini potensial investorlar və Telegram səhmlərini almaq istəyən fondlar verib.

Jurnalistlərlə söhbəti zamanı şirkət rəhbəri həmçinin bildirib ki, Telegram-ın auditoriyası hazırda təxminən 900 milyon aylıq aktiv istifadəçidir. Şirkətin hər bir istifadəçisinə xidmət illik 0,7 dollara başa gəlir. Beləliklə, Telegram hər il infrastrukturun saxlanmasına təxminən 630 milyon dollar xərcləyir.