Telegram-ın yaradıcısı Pavel Durov bazar günü, o cümlədən terrorda ittiham oluna bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Fransa mətbuatına istinadən məlumat yayıb.
Bildirilir ki, Durov terror, narkotik alveri, fırıldaqçılıq və çirkli pulların yuyulması kimi ittihamlarla üzləşə bilər.
Avqustun 24-ü axşam saatlarında Pavel Durovun Fransada həbs olunduğu xəbəri yayılıb.
Bundan əvvəl Durovu 20 ilə qədər həbs cəzası gözlədiyi məlum olub.