“Telegram” və “Google” 4 milyon cərimələnəcəkbackend

“Telegram” və “Google” 4 milyon cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Taqanski Məhkəməsi Rusiya Federasiyasında qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə Google, Telegram, eləcə də Amerikanın İT şirkəti “Akamai Technologies”ə qarşı yeni protokollara baxacaq. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Akamai Technologies” və “Telegram Messenger Inc”. şirkətləri ilə bağlı inzibati materialların nəzərdən keçirilməsi noyabrın 21-də, “Google MMC” ilə bağlı isə noyabrın 14-də planlaşdırılır”, – mətbuat katibi Zülfiyyə Qurınçuk bildirib.

“Telegram”, “Google” və “Akamai Technologies”  Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41 (Rusiya Federasiyasında qadağan edilmiş məlumatların silinməsi üçün tədbirlərin görülməməsi) ilə ittiham olunur. Şirkətləri 4 milyon rubla qədər cərimə gözləyir.