Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov işdən çıxıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, quruma rəhbərlik müvəqqəti olaraq bu ilin oktyabr ayında baş direktorun müavini təyin edilmiş Elman Həsənova həvalə olunub.
O, bu təyinata qədər nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktorunun müavini olub.