Televizora çox baxmaq xroniki ağrıları artırırbackend

Televizora çox baxmaq xroniki ağrıları artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün televizor və kompüterdə izləmə müddətinin artırılması müəyyən dərəcədə xroniki ağrıları artırır.

NOCOMMENT Bakupost.az-a istinadən xəbər verir ki, bu nəticəyə Beyker adına ürək və diabet institutunun alimləri gəlib.

Onlar AusDiab-ın ən nəhəng elmi tədqiqatını əsas götürüblər.
12 il davam edən araşdırmada 4000 nəfər ildə bir neçə dəfə xroniki ağrı üzrə bal şkalası qiymətləndirilməsindən keçiblər.

Nəticələr göstərib ki, 50 yaşdan sonra xroniki ağrılar hər il 0,3 % azalır. Amma yaşlıların televizor qarşısında keçirdikləri hər 1 saat artıq vaxt ağrıları 0,7% artırıb.

II tip diabeti və ürək xəstəliyi olanlarda bu ağrılar daha da qabarıq olur.

Bütün bunlar oturaq həyat tərzi ilə bağlıdır. Xəstəliklərin profilaktikası üçün fiziki aktivlik lazımdır, televizor qarşısında çox vaxt keçirmək olmaz.