KoronaVirus İnformasiya Portalı
Təlimlərlə bağlı xaricdəki azərbaycanlılar ölkəyə çağırılır? – MİLLƏT VƏKİLİbackend

Təlimlərlə bağlı xaricdəki azərbaycanlılar ölkəyə çağırılır? – MİLLƏT VƏKİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə xaricdəki azərbaycanlıların hərbi təlimlərə cəlb olunması məqsədi ilə ölkəyə çağırılması haqda iddialar səsləndirilir.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə belə məlumatların təxribat xarektrli olduğunu bildirib:

“Azərbaycanın çox güclü ordusu, ehtiyatda olan peşəkar hərbiçiləri var. Müharibə olarsa belə, xaricdə yaşayan həmvətənlərimizi ölkəyə çağırmağa ehtiyac olmayacaq. Həmvətənlərimiz ölkə xaricində öz mübarizələrini aparırlar. Onlar olduqları ölkələrdə Azərbaycanın haqq səsini, Ermənistanın isə təcavüzkar siyasətini hər kəsin diqqətinə çatdırırlar. Bunun özü də ölkəmiz üçün çox önəmlidir. Biz bütün istiqamətlərdə öz mübarizəmizi aparmalıyıq”.

Millət vəkili sosial şəbəkələrdə ermənilərin azərbaycanlı adı altında təxribat yaratdığını da bildirib:

“Ermənilər sosial şəbəkədə, xüsusilə “Facebook”da azərbaycanlı adı ilə hesab açıb, əleyhimizə təbliğat aparırlar. Onlar yalan, heç bir mənbəsi olmayan informasiya yayırlar. Əlbəttə ki, bunun məqsədi Azərbaycanda xaos, çaşqınlıq, təlaş yaratmaqdır. Vətəndaşlarımız gərək bu məsələdə son dərəcə ehtiyyatlı olub, düşmənin belə təxribatlarının işə yaramasına imkan verməsinlər”.